İstehsal

Badamın təmizlənməsi,
qırılması və emalı

Badam emalı zavodu qısa müddət ərzində tikilərək istifadəyə verilmişdir. İspaniyanın badamçılıq sahəsində avadanlıq istehsal edən Borrell Group ilə əməkdaşlıq işimizə verdiyimiz dəyərin bariz nümunəsidir.

Zavodumuzda badam ilk öncə sahədən gələn yad cisimlərdən təmizlənir, daha sonra nəmləndirilərək qırılmağa hazır vəziyyətə gətirilir, qırılaraq ləpəyə çevrilir, qurudulur, çeşidlənərək 5 fərqli ölçüdə sortlara ayrılır və qablaşdırılaraq satışa təqdim olunur. Ən müasir avadanlıqlarla təchiz edilmiş badam emalı zavodumuzun illik emalı gücü 2000 ton badam ləpəsidir. Bu həcm yerli bazarı 100% təmin etməklə yanaşı, ixracameylli satış strategiyasının inkşafına xidmət edir.

AZBADAM

Tərəfdaşlar

Top