Valehedici badam ağacları adətən fevral ayının sonunda çiçəkləməyə başlayır. Xoş ətirli çiçək dəstələrinin yaratdığı yaz ab-havalı mənzərə olduqca ecazkardır. Çiçək açan badam bağları Azərbaycan landşaftının əsrarəngizliyini təcəssüm edir. Tezliklə çəhrayı və ağ çiçəklər insan sağlamlığına xeyirli olan badam meyvələrinə çevriləcək.