422 hektarlıq sahədə yerləşən öz bağlarında, eləcə də ölkə ərazisində digər bağlarda badam yetişdirilməsi və badam emalı ilə məşğul olan AZBADAM şirkəti məhsul ixracının inkişaf strategiyasını fəal şəkil həyata keçirir. 

 

2021-ci ilin sentyabr ayında fəaliyyətə başlayan badam emalı zavodu hazırda artıq xaricə tədarükü ilə fərqlənir. Türkiyədən sonra bu gün ilk dəfə Özbəkistana ixrac həyata keçirildi.

 

Azərbaycanda ən iri badam istehsalçısı olmaqla yüksək istehsal potensialını nəzərə alaraq, AZBADAM qeyd olunan ölkələrlə yanaşı, Asiya, MDB-nin digər ölkələrinə və əlbəttə ki, Avropaya ixrac etmək niyyətindədir.