Ana Səhifə | KSM
“Azbadam” olaraq Azərbaycanda kənd təsərrüfatının inkişafına hər zaman xüsusi diqqət yetiririk. Biz bu məqsədlə yeni iş yerləri yaradaraq, kənd təsərrüfatında dayanıqlılığın təmin olunmasında pay sahibi olmaq və məhsullarımızın mənbəyi kimi yerli fermer təsərrüfatlarını seçməklə kənd yerlərinin inkişafına da öz töhfəmizi vermək istəyirik. Məqsədimiz həm keyfiyyətli məhsul istehsal etmək, həm də kənd təsərrüfatını ölkəmizin güc mərkəzinə çevirməkdir.
İstehsal etdiymiz badam və badam məhsulları sağlam həyat tərzi üçün də əhəmiyyətli rola malikdir. Belə ki, müxtəlif pəhrizlərə uyğun gələn məhsullarımız, balanslı qidalanma və gündəlik vitamin ehtiyacının təmini üçün çox faydalıdır. “Azbadam” məhsulları ilə gündəlik qida rasionunuz daha sağlam və zəngin olacaq!
“Azbadam” olaraq, uğuru yalnız maddi mənfəətdə deyil, həm də cəmiyyətin rifahında görürük. Sağlamlıq, təhsil və ətraf mühitin mühafizəsi sahələrində fəaliyyət göstərən təşkilatlarla əməkdaşlıq edir və xeyriyyə layihələrində fəal iştirakımızla seçilirik. Biz inanırıq ki, hər bir biznes cəmiyyətin və dövlətin inkişafına xidmət etməli və insanların həyat keyfiyyətinin yüksəldilməsində rol oynamalıdır.