Qəbul olunur
Yaşıl qabıqlı məhsul qəbul olunaraq 3-6 gün ərzində 6,5 %-dək qurudulur və istehsala 6,5 % nəmliliyi olan məhsul göndərilir. Taxta qabıqlı badam ləpənin alınması üçün qəbul bunkerində 9-11 % nəmləndirilir.
Ana Səhifə | İstehsal
İstehsal prosesimizdə təbiətin saf bəhrəsi incə əl əməyi və yüksək texnologiya ilə birləşir. Burada hər badam diqqətlə icra olunan uzun bir prosesdən keçir.
Zavodda istehsal prosesi aşağıdakı ardıcıllıqla baş tutur:
Yaşıl qabıqlı məhsul qəbul olunaraq 3-6 gün ərzində 6,5 %-dək qurudulur və istehsala 6,5 % nəmliliyi olan məhsul göndərilir. Taxta qabıqlı badam ləpənin alınması üçün qəbul bunkerində 9-11 % nəmləndirilir.
Yad cisimlərdən ayırma mərhələsi iki əsas hissədən ibarətdir: Əvvəlcə desticker avadanlığı iri yad cisimlər ağac parçaları, daşlar və torpaq badamdan uzaqlaşdırılır, növbəti addımda isə daha incə iş başlayır - destoner cihazı vasitəsilə kiçik ölçülü parçalar, torpaq və qabıq qırıntılar badamdan ayrılır.
Badam yaşıl qabıqdan ayrıldıqdan sonra KOMBO Aparatı vasitəsilə 3 mərhələdə iş aparılır:
1. Böyük kisələrə yığılıb anbara verilmə;
2. Ehtiyat silosuna yığılma;
3. Birbaşa istehsala göndərilmə.
İstehsal başlayarkən ilkin olaraq badamın analizi götürülür. Nəticələrə uyğun nəmləndirmə prosesinə başlanılır.
Nəmləndirmə prosesi badamın üzərinə suyun vurulması və qarışdırılması ilə həyata keçirilir. Nəmləmə prosesi badamın sortundan asılı olaraq 24-72 saat davam edir. Nəmlik dərəcəsi 9 – 11 % arasında dəyişə bilər. Həmin nəmliyi aldıqdan sonra qabığın qırılması prosesi başlanır.
Qırma prosesi 4 hissədən ibarətdir:
1. Yumşaq qırma
2. Qırım avadanlığında qırma
3. Təkrar sındırma avadanlığı
4. Smart Sorter vasitəsilə
Qabığı yumşaq olan badamlar sındırma prosesindən keçirilir, qabıqdan ayrılmış ləpələr bir başa ələyə ötürülür. Taxta qabıqdan ayırmadan sonra elevator vasitəsilə qırım aparatına çatdırılır. Sonra təmizləmə prosesini həyata keçirtmək məqsədilə “Smart Sorter”ə yönəldirilir. Ardınca qurutma silosuna göndərilir. Sınmamış badamları təkrar sındırmaq üçün proses eyni qaydada təkrar olunur.
Qurutmada lazım olan nəmlik dərəcəsi (6.5 %) əldə etdikdən sonra badamın əllə çeşidləməyə göndərilməsi baş tutur. Burada təmizlənməmiş badam və yad cisimlər qaldığı halda təmizlənir və metal detektordan keçdikdən sonra kalibrlənməyə göndərilir.
Əl ilə çeşidləmədən sonra məhsula qarışa bilən metal parçaların (dəmir – 1.1 mm, paslanmaz – 1.5 mm, əlvan metallar – 1.5 mm) kənarlaşdırılması həyata keçirilir. Kalibrləmədə 5 ölçüdə kalibrə bölünür, paketlənir, daha sonra anbara göndərilir.