Şİrkət

Azbadam
Struktur

Struktur
İstər ölkə daxilində, istərsə də, regionda badam istehsalı və ixracına görə lider olan “Azbadam” özünün yüksək keyfiyyət standartlarını qoruyub saxlamağa, yerli və xarici bazarlarda müştərilərinin tələblərini qarşılamağa imkan verən səmərəli təşkilati strukturu ilə seçilir!

Şirkət idarəçiliyi
Komandamız kənd təsərrüfatı biznesi, istehsal və beynəlxalq ticarət sahələrində geniş təcrübəyə malik yüksək ixtisaslı mütəxəssislərdən təşkil olunmuşdur. Şirkət rəhbərliyi strateji inkişaf perspektivlərini, yeni tərəfdaşlıqların qurulması və beynəlxalq bazarlarda şirkət mövqeyinin genişləndirilməsini diqqətdə saxlayır. Şirkətimizdə ümumilikdə 60 nəfər işçi heyəti çalışır.

Təşkilati struktur: Şirkət hər bir şöbənin öz funksiyalarını effektiv şəkildə yerinə yetirməsi, davamlı və hərtərəfli inkişafın təmin edilməsi üçün ən müasir metod və təcrübələr nəzərə alınaraq təşkil edilmişdir:

Direktor:

Bütün biznes proseslərinin ümumi koordinasiyası, strateji planlaşdırma, ölkədaxili və beynəlxalq əlaqələrin inkişafı, o cümlədən yerli və xarici müştərilərlə əməkdaşlıq.

Maliyyə Şöbəsi:

Maliyyə axınlarının idarə olunması, büdcələşdirmə və planlaşdırma, bazarda şirkətin davamlılığının təmin edilməsi.

İstehsalat Şöbəsi:

Badam emalı və qablaşdırma proseslərinə cavabdehlik, hər mərhələdə keyfiyyət standartlarının qorunması.

Keyfiyyətə Nəzarət Şöbəsi:

Məhsulun qəbulundan tutmuş qablaşdırmaya və çatdırılmaya qədər bütün mərhələlərdə yüksək keyfiyyət standartlarının təmin edilməsi.

Satınalma Şöbəsi:

Satınalma şöbəsi şirkətimizdə istehsalat prosesinin davamlılığı və səmərəliliyini təmin edən əsas bölmələrdən biridir. Bu şöbə xammal, texnoloji avadanlıqlar və digər zəruri resursların vaxtında və optimal şərtlərlə təmin edilməsi funksiyasını daşıyır.

Satış və Marketinq Şöbəsi:

Müştərilər və tərəfdaşlarla əlaqələrin yaradılması, mövcud əlaqələrin inkişafı, ixracın təşkili və yeni bazarlara çıxış. Bazarı araşdırmaq, məhsulların tanıdılması üçün inkişaf strategiyaları, brendinq və rəqəmsal marketinq layihələrini hazırlamaq.

İnsan Resursları (HR): - İstedadların İdarə Edilməsi:

Bu şöbə şirkətimizin ən vacib aktivlərindən biri olan işçi heyətinin idarə edilməsi, inkişafı və motivasiya edilməsi istiqamətində fəaliyyət göstərir.

Hüquq şöbəsi:

Hüquq şöbəsinin əsas məqsədi şirkətin hüquqi təhlükəsizliyini təmin etmək, fəaliyyətinin qanunvericiliyə uyğun şəkildə həyata keçirilməsinə nəzarət etmək və maraqlarını qorumaqdır. Hüquq şöbəsi şirkətin strateji məqsədlərinə uyğun fəaliyyət göstərməklə yanaşı, yüksək etika və peşəkarlıq standartlarına sadiq qalaraq badam alışı, satışı və emalı üzrə bazarda hüquqi baxımdan etibarlı və davamlı tərəfdaş kimi şirkətin mövqeyini gücləndirməyi hədəfləyir.

"Biz əminik ki, bütün bölmələrin birgə işi sayəsində müştərilərimizə yüksək keyfiyyətli məhsullar təqdim etməyə və beynəlxalq arenadakı mövqeyimizi gücləndirməyə davam edəcəyik."

AZBADAM

Partnyorlar

Top