Məlumat verdiyimiz kimi AZBADAM MMC bu il də dünyanın ən böyük qida sərgisi hesab edilən Gulfood-da iştirakını davam etdirir. Qeyd etməliyik ki, bu ilki sərgidə 162 ölkədən 2531 iştirakçı şirkət və 59378 ziyarətçi qeydiyyatdan keçmişdir. 


Uğurlarımıza sevindiyinizi bildiyimiz üçün fəxr hissi ilə bildirmək istəyirik ki, 16.02.2022-ci il tarixində şirkətimiz sərginin digər iştirakçısı olan Özbəkistanın “ASL UMID ABROR LTD” şirkəti ilə 45 ton badamın satışı ilə bağlı alqı-satqı müqaviləsini imzalamış və sövdələşmə uğurla yekunlaşdırılmışdır.